Azərbaycanlı professor Danimarka Kral Akademiyasına üzv seçildi

Rigshospitalet və Kopenhagen Universitetinin aparıcı nevroloqu, tibb elmləri doktoru, professor Məsud Aşina 2024-cü il üçün Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyasının üzvü seçilib. Professor Aşina, Rigshospitalet və Kopenhagen Universitetində nevrologiya sahəsində ixtisaslaşıb. Onun elmi tədqiqatları və Danimarkada müxtəlif sahələr arasında əməkdaşlığın inkişafına töhfələri nəticəsində bu il akademiyanın nüfuzlu 18 yeni üzvü sırasına daxil olub. Bu nüfuzlu üzvlük, pofessor Aşinanın nevrologiya sahəsində inkişaf etdirilməsinə həsr etdiyi işləri vurğulayır. Xatırladaq ki, diasporamızın fəalı, Heydər Əliyev 100 medalının lauereatı Məsud Aşina Yaşat Fondunun himayəçilər şurasının da üzvüdür. Həmyerlimizi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.

Diqər xəbərlər